26 C
Baku
Bazar, İyul 21, 2019

PAŞA Bank bazara Smart Kassa yeni nəsil kassa terminallarını buraxır – Müsahibə

0

PAŞA Bankın İdarə heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovla müsahibə.

Hal-hazırda Azərbaycanda nağdsız ödənişlər seqmentinin inkişafında hansı əsas meylləri müşahidə edirsiniz? Bu prosesdə dövlət qurumları və özəl bankların rolu nədir?

– Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda nağdsız ödənişlərin həcmi artır, bir əməliyyatın orta məbləği isə azalır. Bu isə o deməkdir ki, ödəniş kartları cəmiyyətin gündəlik həyatına daxil olur, bu isə nağdsız dövriyyədə artımın əyani göstəricisidir. Xüsusilə, böyük və orta ticarət məntəqələrində plastik kart vasitəsilə dövriyyə həcmi son bir neçə ildə əhəmiyyətli dərəcədə artıb. Bu meyllər şəffaflığın artması və iqtisadiyyatda “ağarma” proseslərini də əks etdirir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ölkədə nağdsız ödənişlərin inkişafı üçün əsas şərt iqtisadi islahatların uğurla həyata keçirilməsi və iqtisadiyyatın bir çox sahələrində maksimal şəffaflığın təmin olunmasıdır. Belə ki, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin son təşəbbüsləri iqtisadiyyatın özəl sektorunda çalışan şirkət və müəssisələrinin fəaliyyətinin şəffaf, nağdsız hesablaşmaya keçməsinə təkan verdi, bunu həmin qurumların 2018-ci il üçün hesabatlarında əyani olaraq görmək olar. Bazar tənzimləyiciləri olan Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyəti də ölkədə nağdsız dövriyyənin artmasına güclü təsir edib. Ölkənin aparıcı maliyyə qurumlarından biri olaraq biz iqtisadiyyatın real sektoru ilə sıx əlaqədəyik, Azərbaycanda bu gün nağdsız dövriyyənin gələcəkdə dəfələrlə artırılması üçün olduqca əlverişli şəraitin yarandığını görürük.

Ölkədə fəaliyyət göstərən özəl banklar da, öz növbəsində, müştərilərinin nağdsız ödəniş vasitələrindən daha çox istifadə etməyə təşviq edilməsində fəal iştirak edir. Qabaqcıl texnologiyalardan istifadə edərək və ödəniş sistemlərinin funksionalını təkmilləşdirərək bazar oyunçuları mobil tətbiqləri hazırlayır və onları müasirləşdirir, təşviqedici tədbirlər görür, POS-terminal şəbəkələrini genişləndirir və s. Sözsüz ki, bu prosesin bütün iştirakçılarının diqqətini tələb edən hələ çox hüquqi məsələlər var. Bu məsələlər bazar tənzimləyiciləri ilə birlikdə öz həllini tapmaqdadır.

– Vergilər Nazirliyinin yeni nəsil kassa aparatlarının tətbiqi üzrə təşəbbüsünün həyata keçirilməsi ilə bazarda nə kimi dəyişikliklər gözləyirsiniz? PAŞA Bank öz müştəriləri üçün hansı həlləri təklif edəcək?

– Nağdsız ödənişlərin inkişaf etdirilməsi yeni nəsil kassa aparatlarının quraşdırılmasını nəzərdə tutan vergi islahatları və tənzimləyicinin tələbləri ilə əlaqəlidir. Yeni kassalar vasitəsilə ticarət nöqtəsində həyata keçirilən istənilən əməliyyat haqqında məlumatın tənzimləyicinin bazalarında dərhal əks etdirilməsi nəzərdə tutulur. Bu, quruma ticarət obyektinin dövriyyəsini təhlil etməyə və bununla vergilərdən yayınma hallarını azaltmağa imkan verəcək. Bazarda yeni nəsil kassa aparatlarının tətbiqi ilə əməliyyatların şəffaflığı artacaq, bu isə sahibkarlar üçün vergi yoxlamalarının sayının azalmasına yol aça bilər.

Qanunvericilik səviyyəsində yeni tələbləri nəzərə alaraq PAŞA Bank tərəfdaşı ilə birlikdə bazarda Smart Kassa yeni nəsil kassa aparatını təqdim edir. Aparat özündə onlayn-kassa, POS-terminal, qəbzin çap edilməsi funksiyasını birləşdirir və Vergilər Nazirliyinin gələcəkdə qüvvəyə minəcək bütün tələblərinə cavab verir. Planlaşdırılan əməliyyatların həcmini nəzərə alaraq PAŞA Bank avadanlığın ödənişsiz əsaslarla təqdim olunması imkanınadək hədəf müştərilər üçün güzəştli şərtlərlə nəzarət-kassa aparatları təklif edir.  

Tətbiq etməyi planlaşdırdığınız yeni nəsil kassa aparatlarının nə kimi üstünlükləri və xüsusiyyətləri var?

PAŞA Bankın Smart Kassa yeni nəsil kassa aparatının əsas üstünlüyü eyni zamanda mərkəzləşdirilmiş məlumat bazasına qoşulan fiskal qeydçi olmasıdır. Bu qurğu həm nağd ödənişlər üçün kassa aparatı kimi, həm də istənilən bankların kartlarını ödəniş üçün qəbul edəcək POS-terminal kimi istifadə oluna bilər. Yəni, iki və ya üç aparat yerinə bir kompakt həll kifayətdir. Plastik kartlardan komissiyalar adi POS-terminaldakı kimi tutulacaq. Qurğunun digər bir üstünlüyü sahibkarların bizneslərini vergi yoxlamaları barədə narahat olmadan aparması imkanıdır. Sistemə daxil olan pul dövriyyələri barədə məlumatlar informasiyanı məsafədən təhlil etməyə imkan verəcək.

Smart Kassa hazırlayan zaman Türkiyə və Rusiya kimi ölkələrin təcrübəsindən yararlanmışıq. Bu qurğu kiçik və orta biznes üçün əvəzsiz vasitəyə çevriləcək. PAŞA Bankın təklif etdiyi yeni nəsil nəzarət-kassa aparatları məhsul və xidmət obyektləri üçün (kiçik mağazalar, ictimai iaşə məntəqələri və s.) tam uyğundur, həmçinin SİM kart və ya Wi-Fi rabitəsi vasitəsilə fəaliyyət göstərdiyi üçün kuryer xidmətləri və səyyar ticarət müəssisələri üçün sərfəli həldir.

Bundan əlavə, aparat adi POS-terminal kimi də işlədiyi üçün yeni nəsil qurğularını əldə etmək üçün elə indi müraciət etmək olar. Vergi qanunvericiliyində dəyişikliklər qüvvəyə mindiyi andan bütün Smart Kassa modulları avtomatik şəkildə işə salınacaq.

Smart Kassa yeni nəsil kassa aparatlarının nə vaxt quraşdırılması gözlənilir?

Artıq bu ayın sonundan bu aparatları fəal şəkildə tətbiq etməyi planlaşdırırıq. Əvvəl qeyd etdiyim kimi, ilkin mərhələdə aparatlar POS-terminal və kassa aparatı kimi işləyəcək. İlin sonuna doğru bu qurğularda xüsusi sistemləri işə salmağı planlaşdırırıq. Bu sistemlərdə sahibkarlar anbar və mühasibat uçotunu apara biləcək, bu isə aylıq və rüblük hesabatların tərtib olunmasına ayrılan vaxta qənaət etməyə imkan verəcək. Bir sözlə, Smart Kassa yeni nəsil kassa aparatları vasitəsilə sahibkarlar aparılan əməliyyatların uçotu sisteminə nəzarəti əhəmiyyətli dərəcədə təkmilləşdirə və xərcləri optimallaşdıra biləcək.

Bazara bir neçə ay bundan əvvəl buraxılan yeni Miles&Smiles məhsulu barədə nə deyə bilərsiniz?

Bildiyiniz kimi, PAŞA Bank Turkish Airlines ilə eksklüziv tərəfdaşlıq sazişi imzalayaraq yerli bazara Miles&Smiles kartını təqdim etmişdir. Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri bütün dünyada 300-dən çox uçuş istiqaməti üzrə biletə çevirmək imkanı əldə edir. Miles&Smiles kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur. Endirim və müxtəlif bonuslar nəinki ölkə-daxili, həmçinin ölkə-xarici nağdsız ödənişlər üçün də keçərlidir. 

 Bu il Bankın rəqəmsal sahədə ilkin nəticələri nələrdir? Yaxın gələcəkdə hansı məhsul və xidmətləri tətbiq etməyi planlaşdırırsınız?

2019-cu ilin əvvəlində bazarda onlayn rejimdə hesab açmaq xidmətini tətbiq edən ilk bank olduq. Layihənin işlənib hazırlanması ilə , keçən il yaratdığımız Rəqəmsal Laboratoriya məşğul idi. Burada biz ən qabaqcıl texnologiya və aparıcı proqramlaşdırma dillərindən istifadə edirik. Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-iş saatları da daxil olmaqla günün istənilən vaxtında cari və kart hesablarını açmaq, hesab açılmasına görə ödəniş etmək, tarif paketlərinə qoşulmaq və onlayn bank xidmətinə avtomatik qoşulmaq imkanı əldə edir.

Yeni layihələrə gəldikdə isə onların bir çoxu fəaliyyətimizin rəqəmsal sahələri ilə əlaqəlidir. Bazarda Smart Kassa yeni nəsil kassa aparatlarının təqdim olunması ilə yanaşı müştərilərimizə onlayn rejimdə kredit məhsullarımızdan istifadə imkanının təqdim olunması üzərində fəal şəkildə çalışırıq. Bütün bu layihələrdə Vergilər Nazirliyi və ASAN Finans ilə sıx əməkdaşlıq edirik.

PAŞA Bankın əməkhaqqı layihələri bazarda məşhurdur. Bankın əməkhaqqı layihələrinə qoşulan müəssisə və təşkilatlara nə kimi üstünlüklər təqdim olunur? Layihənin kart sahibi üçün nə kimi üstünlüklər var?

Şirkətlər üçün əsas üstünlük PAŞA Bankın əməkhaqqı layihəsinə qoşulmaq üçün bazarda ən aşağı komissiyanın tətbiq olunması, layihəyə qoşulma, əlavə kart sifarişi, əməkhaqqının, bonusların köçürülməsi və s. proseslərin internet bank ilə inteqrasiyası vasitəsilə maksimal dərəcədə sadələşdirilib. Əməkdaşlar üçün isə əsas üstünlük əməkhaqqı kartlarının sahiblərinə mağaza, restoran, tədris mərkəzləri və digər obyektlərdə əhəmiyyətli endirimlərdən yararlanmaq imkanının verilməsidir. Həmçinin, biz istifadəçinin vəsaitləri lazım olduqda nağdlaşdıra biləcəyi ən böyük və daima artan tərəfdaş bankomatları şəbəkəsinə – bütün Azərbaycanda 700-dən çox ATM sahibik. PAŞA Bankın mobil tətbiqi vasitəsilə müştəriyə dayanacaq haqqı, taksinin xidmət haqqının ödənilməsi kimi məhsul və xidmətlər  çeşidi təqdim olunur.

Yazı əlavə et