12 C
Baku
Monday, November 18, 2024

PAŞA Bank beynəlxalq ödənişlər sahəsində PCI DSS standartına uyğunluğunu təsdiqləməyə müvəffəq oldu

Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank ödəniş kartları sahəsində məlumatların təhlükəsizliyi standartına (Payment Card Industry Data Security Standard, PCI DSS) uyğunluq sertifikatını əldə etmişdir.

Standartın tələbləri banklara, həmçinin ödəniş kart sahibləri barədə məlumat işləyən şirkətlərə şamil edilir. PCI DSS standartı şəbəkə infrastrukturundan təhlükəsiz istifadəni, istismar edilən İT serverlərində müxtəlif komponentlərin yenilənməsi üzərində nəzarəti, sistemə müdaxilə sınaqlarını, bütün proseslərin ümumi monitorinqini və s. məsələləri tənzimləyir.

Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucovun dediklərinə əsasən, Azərbaycanın aparıcı bankı qismində PAŞA Bank fəaliyyətində informasiya təhlükəsizliyinə və bu sahədə yeni alətlərin və beynəlxalq standartların yerli bazarda tətbiqinə xüsusi diqqət yetirir.

“PCI DSS tələblərinə uyğunluq sertifikatının əldə edilməsi PAŞA Bankın istismar etdiyi informasiya sistemində ödəniş kartları ilə ödənişlərin həyata keçirilməsində əminlik və təhlükəsizlik və sözügedən sistemin beynəlxalq tələblərə uyğunluğu baxımından kənar auditdən uğurla keçməsinə dəlalət edir. PCI DSS ödəniş məlumatlarının təhlükəsizliyi standartına uyğunluğun təsdiqi PAŞA Bankın 2018-2020-ci illər üzrə İnkişaf Strategiyası çərçivəsində rəqəmsal platformaya keçid istiqamətində nəzərdə tutulan məqsədlərə doğru atılmış növbəti addımdır” – deyə cənab Orucov bildirmişdir.

PCI DSS beynəlxalq standartı aparıcı beynəlxalq ödəniş sistemləri qismində Visa, MasterCard, American Express, JCB və Discover tərəfindən təsis edilmiş Ödəniş Kartları sahəsində Təhlükəsizlik Standartları Cəmiyyəti (Payment Card Industry Security Standards Council, PCI SSC) tərtib edib.

Son xəbərlər
Digər xəbərlər