23 C
Baku
Friday, April 26, 2024

“PAŞA Bank” borclarla bağlı açıqlama verdi

“2015-ci ildə “PAŞA Bank” ASC Türkiyədə törəmə bank (“PAŞA Bank Türkiyə” ASC) açanda aktivlərinin həcmi 50 mln. türk lirəsi səviyyəsində idi. Bu gün aktivlərimizin həcmi 500 mln. lirəyə çatıb. Böyük ehtimalla, cari ili bu göstərici ilə başa vuracağıq”. Bunu “PAŞA Bank Türkiyə”nin baş icraçı direktoru Cenk Eynehan bildirib.

Onun sözlərinə görə, cari ildə bankın aktivləri 50% artıb: “Cəmi iki il ərzində bu səviyyəyə çatdıq. 2017-ci ildə aktivlərimizi 25% artırmaq istəyirik. Söhbət təxminən 700 mln. lirəlik bir rəqəmdən gedir. Azərbaycanın Türkiyəyə yatırdığı investisiyaların həcmi 20 mlrd. dollar həcmində qiymətləndirilir. “PAŞA Bank” isə Azərbaycanın ən iri banklarından biridir”.

C. Eynehan əlavə edib ki, hazırda bankın daxili və xarici borcu toplamda 600 mln. lirə təşkil edir. Bununla yanaşı, o qeyd edib ki, bank bu ili 14-15 mln. lirəlik mənfəətlə başa vuracaq.

“Biz 2015-2017-i illəri əhatə edən 3 illik strategiyamız var. 2017-ci ilin yanvarından etibarən yeni strategiyanın üzərində işləməyə başlayacağıq və sözügedən sənəd 2018-2020-ci illəri əhatə edəcək. 2017-ci ildə filial açmaq niyyətində deyilik. Amma sonrakı illərdə filial şəbəkəmizin genişləndirilməsi üzərində düşünə bilərik”, – deyə baş icraçı direktor bildirib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər