15 C
Baku
Friday, April 26, 2024

“PAŞA Bank” böyük xalis mənfəət açıqladı

Azərbaycanda iri özəl bank olan “PAŞA Bank” ASC 2021-ci ildə 50.64 mln. manat xalis mənfəətlə ölkənin üçüncü ən böyük nəticəni göstərən bankı oldu.

Banker.az bankın hesabatına istinadla yazır ki, bankın faiz gəlirlərinin həcmi 128.82 mln. manat, faiz xərclərinin həcmi 26.41 mln. manat, qeyri-faiz gəlirləri 59.85 mln. manat, qeyri-faiz xərcləri isə 75.81 mln. manat olmuşdur. Beləliklə, əməliyyat mənfəəti 86.62 mln. manat olmuşdur.

Bank 24.47 mln. manat mümkün zərər üzrə ehtiyatlara ayırmalar etmiş və vergiyəqədərki mənfəəti 62.15 mln. manat olmuşdur. 11.51 mln. manat isə mənfəət vergisi xərci etmişdir. Bu xalis mənfəətin ardından “PAŞA Bank”ın balansındakı bölüşdürülməmiş mənfəəti 144.37 mln. manata yüksəlmişdir.

“PAŞA Bank”ın aktivlərinin həcmi 5 944.17 mln. manat olmaqla, bunun 2 196.15 mln. manatı isə müştərilərə verilmiş kredit və 1 797.04 mln. manatı isə qiymətli kağızlar təşkil etmişdir.

Öhdəliklərin həcmi 5 399.58 mln. manat, o cümlədən 4 534.45 mln. manatı depozitlər, 299.73 mln. manatı isə bankların və digər maliyyə institutlarının depozitləri olmuşdur.

343342342342

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər