12 C
Baku
Monday, November 18, 2024

PAŞA Bank büdcə ödənişlərini qəbul edən yeni əməliyyat platformasını istismara verdi

Azərbaycanın aparıcı kommersiya bankı olan PAŞA Bank dövlət orqanlarının göstərdiyi xidmət ödəniş kanallarını təmin edən yeni əməliyyat platformasını istismara vermişdir.

Bu vasitə ilə PAŞA Bank korporativ müştəriləri üçün ödəniş terminalları və internet-platformaları vasitəsilə (vergi, cərimə, rüsumlar və s. səpkidə) müxtəlif büdcə ödənişlərini həyata keçirmək imkanını yaradır. Yeni əməliyyat platforması çoxfunksiyalı “ASAN Pay” sisteminə bağlı rejimdə fəaliyyət göstərir.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucovun sözlərinə görə, nağdsız ödənişlər həcminin artırılması istiqamətində dövlət səviyyəsində gerçəkləşdirilən təşəbbüsləri fəal dəstəkləyən PAŞA Bank bu sahənin ölkə miqyasında lideri kimi qəbul edilir.

“ASAN Pay” sisteminə inteqrasiya edilmiş əməliyyat platformasının müvəffəqiyyətlə istismara verilməsi bizə büdcə borcları üzrə ödənişləri qəbul etmək vasitələrini genişləndirmək və PAŞA Bankın müştərilərini yeni və rahat ödəniş aləti ilə təmin etmək imkanını yaradır. 2018-2020-ci illəri əhatə edən strateji dövr çərçivəsində PAŞA Bank səylərini müştəriləri üçün rahatlıq təminatı olan müasir və qabaqcıl texnologiyaların tətbiqi üzərində cəmləşdirməyə davam edəcək” – deyə C. Orucov bildirmişdir.

Son xəbərlər
Digər xəbərlər