5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

“PAŞA Bank” dövlət istiqrazlarının alışını ikiqat artırıb

“PAŞA Bank” ASC 2019-cu il ərzində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tərəfindən emissiya edilən dövlət istiqrazları üzrə portfelini 2 dəfədən çox artırıb.

Banker.az saytının əlsə etdiyi məlumata görə, bu barədə bankın konsolidə edilmiş maliyyə hesabatında deyilir.

Bank ötən il ərzində 271 milyon 521 min manat dövlət istiqrazlarını böyütməklə 504 milyon 441 min manata çatdırıb.

Bununla belə “PAŞA Bank” Azərbaycan Mərkəzi Bankı tərəfindən emissiya edilən notların həcmini isə  67% kiçilməklə 117 milyon 933 min manata düşüb.

Bank, digər maliyyə təşkilatlarına yatırdığı depozitlərin həcmi isə bir il ərzində 486 milyon 919 min manatdan 316 milyon 508 min manata qədər azalıb. O, cümlədən, ABŞ xəzinə istiqrazlarının həcmi də 292 milyon 717 min manatdan 4 milyon 331 min manata qədər  kiçilib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər