9 C
Baku
Friday, December 13, 2024

PAŞA Bank dünyanın istənilən nöqtəsindən 24/7 hesab açmaq ımkanını təqdim edir®

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank öz müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayır və onların ehtiyaclarına uyğun innovativ həlləri təqdim edir.

Belə ki, Kiçik və Orta biznes sahibləri daxil olmaqla Bankın bütün korporativ müştəriləri və fərdi sahibkarlar Banka gəlmədən, vaxt itirmədən cəmi 5 dəqiqə ərzində onlayn şəkildə hesab aça bilərlər. Üstəlik, hesab açma əməliyyatını dünyanın istənilən yerindən 24/7 rejimində həyata keçirmək mümkündür.

Qeyd etmək lazımdır ki, ilk hesabı açan müştərilərdən əlavə hesabların açılması zamanı heç bir ödəniş tələb olunmur.

PAŞA Bankın təqdim etdiyi çevik həllərdən yararlanmaq və biznesi daha sürətli idarə etmək üçün Onlayn Bank xidmətinə keçid: https://pashabank.digital/ 

Son xəbərlər
Digər xəbərlər