18 C
Baku
Friday, October 18, 2024

“PAŞA Bank”: Fərid Axundov bankda işini davam etdirir

Mətbuat xidməti açıqlama verdi.

Azərbaycanın “PAŞA Bank” ASC Bankın İdarə Heyətinin sədri Fərid Axundovun vəzifəsindən ayrılması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

Bu barədə Oxu.Az-a bankın mətbuat xidmətinin rəhbəri Əmir Məmmədov bildirib.

Əmir Məmmədovun sözlərinə görə, Fərid Axundov hazırda Bankın İdarə Heyətinin sədri vəzifəsində işini davam etdirir.

Qeyd edək ki, aprelin 2-də Qafqazinfo saytında “PAŞA Bank”ın İdarə Heyətinin sədri Fərid Axundovun Azərbaycan Beynəlxalq Bankına (ABB) sədr təyin olunması ilə bağlı xəbərlər yayılmışdı.

Son xəbərlər
Digər xəbərlər