22 C
Baku
Tuesday, April 23, 2024

“PAŞA Bank” gənclərin peşəkar inkişafını dəstəkləyəcək növbəti təşəbbüsə start verir

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslər həyata keçirməyə davam edir. Belə ki, Bank tərəfindən data sahəsinə marağı olan gənclər üçün “Data Zone” təlim düşərgəsi təşkil olunur.

Təlim düşərgəsi “PAŞA Bank”ın baş ofisi və ADA Universitetində təşkil olunmaqla iki ay boyunca davam edəcək. Bu zaman müasir gündəmin mühüm istiqamətlərindən olan ”Data mühəndisliyi ”(”Data Engineering”),  “Data elmi və maşın öyrənməsi ” (“Data Science & Machine Learning ”) və “Data idarə edilməsi” (“Data Governance”) sahələri əhatə olunacaq. İştirakçılar “PAŞA Bank”ın data peşəkarları tərəfindən keçirilən təlimlərdə praktiki biliklər qazana və təlimçilərin zəngin təcrübələrindən faydalana biləcəklər.

Tədris boyunca fəallığı ilə seçilən və imtahanları uğurla başa vuran iştirakçılar “PAŞA Bank”da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansı əldə edəcəklər.

Qeyd edək ki, düşərgənin əsas məqsədi karyerasını data istiqamətində qurmaq istəyən gəncləri qısa müddətdə lazımi bilik və bacarıqlarla təmin etmək, bununla da ölkədə data peşəkarlarının yetişməsinə töhfə verməkdir.

Düşərgəyə qeydiyyat üçün son tarix sentyabr ayının 15-dir.

Ətraflı məlumat əldə etmək və qoşulma şərtləri ilə tanış olmaq üçün bu səhifəyə keçid edin:

https://data.pashabank.az/

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər