7 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank Georgia”nın Direktorlar Şurasının yeni sədri təyin olunub

“PAŞA Bank Georgia”nın Müşahidə şurasının qərarı ilə Bankın Direktorlar Şurasının yeni sədri təyin olunub. Bu vəzifəyə əvvəllər PAŞA Bankın İdarə Heyətinin Üzvü və Baş Maliyyə İnzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov təyin olunub. Bu təyinata qədər “PAŞA Bank Georgia”ya Anar İsmayılov rəhbərlik edib, indi isə o, PAŞA Bankda yeni vəzifədə işini davam etdirəcək. 

Ş.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsinin bakalavr pilləsini və magistraturasını fərqlənmə ilə bitirib, İqtisadiyyat üzrə Fəlsəfə Doktorudur, həmçinin İmtiyazlı Sertifikatlı Mühasiblər Assosiasiyasının (The Association of Chartered Certified Accountants, ACCA) üzvüdür.

2003-cü ildən 2009-cu ilədək olan dövr ərzində bank sektorunda müxtəlif vəzifələrdə işləmiş və auditor fəaliyyəti ilə məşğul olmuşdur. PAŞA Bankda karyerasına 2009-cu ildə Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsindən başlayıb. 2011-ci ildə Ş.Məmmədov Bankın İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı təyin olunmuşdur.
Yeni iş vəzifələrin icrasına Ş.Məmmədov 1 iyul 2014-cü ildən başlayacaq.

Son xəbərlər
Digər xəbərlər