“PAŞA Bank Gürcüstan” və “PAŞA Bank Türkiyə”nin cari ilin iyun ayına olan işçilərinin sayını açıqlayıb.
Banker.az bu barədə banka istinadən xəbər verir.
2022-ci ilin iyun ayına “PAŞA Bank Gürcüstan”ın işçi sayı 319 nəfər olub ki, bu da ötən ilin sonuna nisbətən 8 nəfər və ya 2.6% artım deməkdir. 2021-ci ilin dekabr ayında bankda 311 nəfər çalışıb.
“PAŞA Bank Türkiyə”də isə 1-ci yarımillikdə 59 nəfər işləyib, keçən ilin dekabr ayında isə işçi sayı 60 nəfər olub. Belə ki, işçilərin sayı 2% azalıb.
Qeyd edək ki, “PAŞA Bank”da əməkdaşların sayı 1139 nəfər təşkil edir ki, bunun 41%-i qadın əməkdaş, 27%-i isə qadın rəhbərlərdir.