PAŞA Bank HackerRank müsabiqəsinin nəticələri açıqlandı ®

0

PAŞA Bank tərəfindən Azərbaycanda ilk dəfə olaraq “HackerRank” texniki platforması üzrə birinci buraxılış uğurla sona çatdırıldı. ®

2-22 may tarixləri arasında həyata keçirilmiş birinci “HackerRank” texniki platformasında 200-ə yaxın Developer iştirak etmişdir.  Müraciət edən namizədlərdən 2 nəfər müsahibənin bütün mərhələlərini uğurla keçərək PAŞA Bank komandasına qoşulmuşdur.

İyul ayından etibarən “HackerRank” platforması üzərindən fizika-riyaziyyat elmləri namizədi, məktəb və tələbələrdən ibarət informatika üzrə ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, 2005-ci ildə AR Prezidenti tərəfindən Şöhrət Ordeni ilə təltif olunmuş Ramin Mahmudzadənin dəstəyi ilə tematik müsabiqələr keçiriləcəkdir. Müsabiqədən öncə praktik tapşırıqlara dair nəzəri materiallara istinad olunacaq və bu da öz növbəsində alqoritmik biliklərin inkişaf etdirilməsində proqramçılar üçün unikal fürsət olacaqdır. Bu müsabiqələr yaxın gələcəkdə PAŞA Bank kuboku uğrunda keçiriləcək əsas müsabiqəyə hazırlıq xarakteri daşıyacaqdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sentyabr ayında baş tutacaq müsabiqənin qalibləri PAŞA Bankın Rəqəmsal laboratoriyasının komandasına qoşulmaq və dəyərli hədiyyələr qazanmaq imkanına sahib olacaqlar.

®