“PAŞA Bank” ili 77 mln. manatlıq xalis mənfəətlə bitirib

0

“PAŞA Bank” ASC 2018-ci il üzrə cəmi faiz gəlirləri 173,51 mln. manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10%-ə yaxın artımın olması deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin sonuna olan il üzrə maliyyə göstəricilərində deyilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Hesabat dövründə faiz xərcləri 34,72 mln. manat təşkil edib ki, bu da bankın il üzrə xalis faiz gəlirinin 138,79 mln. manat olması deməkdir. Qeyd edək ki, bu rəqəm ötən ilin müvafiq dövrü ərzində 112,63 mln. manat idi.

Bankın il üzrə qeyri-faiz gəlirləri 33,21 mln. manat, qeyri-faiz xərci isə 79,38 mln. manat təşkil edib. Bank beləliklə 77,06 mln. manatlıq 2018-ci il üzrə xalis mənfəət əldə edib, bu da, öncəki dövrlə müqayisədə 30% daha çox artımın olması deməkdir.

Ötən ilin rübləri üzrə hesabata nəzər yetirsək ən aşağı mənfəət I rübdə – 6,53 mln. manat, ən çox isə III rübdə – 28,27 mln manat təşkil edib.