5 C
Baku
Saturday, December 14, 2024

“PAŞA Bank” ilk rübə 51 mln. manatlıq xalis mənfəət açıqladı

“PAŞA Bank” ASC 2024-cü ilin birinci rübü ərzində 51.12 mln. manat üzərində xalis mənfəət əldə edib ki, bu da onu ölkənin cari ilin ilk rübündə üçüncü ən böyük xalis mənfəət əldə edən bankı edir.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Bank öncəki ilin müvafiq dövründə 42.23 mln. manatlıq xalis mənfəət əldə etmişdi ki, bu da cari ili öncəki ildən 21% daha yaxşı nəticəyə nail olması deməkdir.

Korporativ bankın faiz gəlirləri ilk üç aya 121.91 mln. manat, qeyri-faiz gəliri 74.19 mln. manat olub ki, bu da cəmi gəlirlərin 196.1 mln. manat olması deməkdir. Bankın 2023-cü ilin eyni dövründəki cəmi gəlirləri  130.49 mln. manat olmuşdu.

Bank 2024-cü ildə əldə etdiyi xalis mənfəətdən dövlətə 19.82 mln. manat mənfəət vergisi ödəyib.

İlk rübdəki xalis mənfəətdən sonra bankın bölüşdürülməmiş mənfəətinin həcmi 479.32 mln. manata yüksəlib.

Bankın cəmi aktivlərinin həcmi cari ilin əvvəli ilə müqayisədə 1.1% artaraq 8.747 mlrd. manat olub.

23456543

 

Son xəbərlər
Digər xəbərlər