“PAŞA Bank” ASC 2026-cı ilin ilk yarısını 67,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,0% azdır.
Banker.az xəbər verir ki, bank ötən yarımildə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların 3,6 dəfə artaraq 32,9 milyon manat olub. Bununla yanaşı, xalis faiz gəliri 3,7% artaraq 173,7 milyon manata çatıb. Faiz gəlirləri 12,7% azalaraq 224,8 milyon manata düşsə də, qeyri-faiz gəlirləri 21,9% azalıb 114,1 milyon manat təşkil edib.
Bankın cəmi gəlirləri illik müqayisədə 7% azalaraq 287,8 milyon manata enib. Eyni zamanda cəmi xərclər 0,3% artaraq 199,7 milyon manata yüksəlib.
“PAŞA Bank”ın cəmi aktivləri 2026-cı il iyunun 30-na 9,52 milyard manata çataraq illik müqayisədə 6,2% artıb. Müştərilərə verilmiş xalis kreditlər 9,1% artaraq 3,49 milyard manat olub və aktivlərin 36,7%-ni təşkil edib. Ümumi kredit portfeli 10,5% artaraq 3,62 milyard manata yüksəlib. Portfelin strukturunda biznes kreditləri 13,2% artaraq 3,31 milyard manata yüksəlib və ümumi portfelin əsas hissəsini formalaşdırıb. Daşınmaz əmlak kreditləri 9,7% artaraq 254,5 milyon manata çatdığı halda, istehlak kreditləri 51,8% azalaraq 60,4 milyon manata enib.
Bankın cəmi öhdəlikləri illik müqayisədə 7,3% artaraq 8,6 milyard manat, cəmi kapitalı isə 3,4% azalaraq 921,6 milyon manat olub. Depozit portfeli 7,6% artaraq 7,22 milyard manata yüksəlib. Bunun tərkibində hüquqi şəxslərin depozitləri 8,5% artaraq 5,36 milyard manata, fiziki şəxslərin depozitləri isə 5% artaraq 1,85 milyard manata çatıb. B







