7 C
Baku
Thursday, December 12, 2024

Paşa Bank-ın təşəbbüsü ilə “Blokçeyn Təlim Mərkəzi” yaradılıb

İnnovasiyalar sahəsində lider olan, ölkənin aparıcı korporativ maliyyə qurumu “PAŞA Bank” növbəti bir ilkə imza atıb.

Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” və “Bilişim Vadisi Bakı” ilə birgə təşəbbüsü çərçivəsində “Blokçeyn Təlim Mərkəzi” yaradılıb.

Mərkəzin əsas məqsədi qabaqcıl blokçeyn texnologiyası və kriptovalyutaları daha aydın başa düşmək üçün təlimlərin keçirilməsində, eyni zamanda bu texnologiyanı tətbiq etmək istəyən fərd və ya qurumlara müvafiq konsultasiyaları təşkil etmək, blokçeyn sektorunu öyrənmələri və inkişaf etdirmələrində dəstək olmaqdır.

Son xəbərlər
Digər xəbərlər