®“Data Zone” PAŞA Bank-ın data mədəniyyətinin inkişafı üzrə aparılan strateji təşəbbüs çərçivəsində həyata keçirilən bir layihədir. Bu layihədə iştirakçılar 2 aylıq tədris proqramına qoşularaq praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə edib, həm də təlim-tədris sessiyalarında yüksək nəticə göstəriblər.
1150 nəfər müsahibə mərhələsindən qeydiyyatdan keçib, 27 nəfər layihədə iştirak haqqı qazanmışdır. Proqram üzrə təlimlər data mühəndisliyi, data elmi və data idarəetməsi komandalarının əməkdaşları tərəfindən həyata keçirilmişdir.
Tədbirdə idarə heyətinin üzvü və maliyyə inzibatçısı Murad Süleymanov, insan resursları departamentinin direktoru Zibeydə Hacıyeva, data idarəetməsi departamentinin direktoru Vadim Yakovlev, data əməliyyatları şöbəsinin rəhbəri Şahməddin Abdullayev və təşkilati inkişaf şöbəsinin rəhbəri Aydan Qurbanova çıxış ediblər.