“PAŞA Bank” ASC 2021-2023-cü illər ərzində kibertəhlükəsizlik üzrə ümumi məbləği 6.5 milyon manat olan investisiya edib.
Banker.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Bank sədri bildirib ki, bank bu sahəni ölçən NIST standartı üzrə 2023-cü ilin yekunlarına əsasən 4.5 ballıq nəticəyə sahibdir.