12 C
Baku
Friday, March 29, 2024

PAŞA Bank kiçik və orta sahibkarlar üçün hesablaşma-kassa xidmətləri paketini təqdim edir

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.

Bu günə PAŞA Bankın hesablaşma-kassa xidmətlərinə beş növ tarif paketi daxildir və hər birinin hazırlanmasında kiçik və orta sahibkarlıq biznesinin müxtəlif xüsusiyyətləri, eləcə də Müştərinin Bankla olan əməldaşlıq formatı nəzərə alınmışdır. Öz biznesi üçün ən münasib tarif paketini seçməklə və aylıq əsasda müəyyən komissiya haqqını ödəməklə Müştəri hesablaşma-kassa əməliyyatları çərçivəsində bütün xərclərinə tam nəzarət edir, optimal çeşid və həcmdə xidmətlərdən bəhrələnir və eksklüziv tariflərdən istifadə etmək imkanı əldə edir. 

PAŞA Bankın Biznes mərkəzlərinə, (+994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər