PAŞA Bank kiçik və orta sahibkarlar üçün təqdim etdiyi yeni hesablaşma-kassa xidmətləri paketinin şərtlərini açıqlayıb. Tarif paketləri çərçivəsində müəyyən əməliyyatlarda komissiyaların tətbiq edilməməsi diqqəti cəlb edir.
“Klassik” tarif biznesə yeni başlamış və hesab üzrə kiçik həcmli əməliyyatlar aparan biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 1000 manatadək pulsuz nağdlaşdırma və 3 min manatadək milli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə korporativ və ya “Tacir Kart” hədiyyə olunur.
“Elektron” tarif ölkədaxili ödənişlərdən aktiv istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Bu tarifə – güzəştli tarif ilə nağdlaşdırma və 50 min manatadək yerli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart” hədiyyə olunur.
“Biznes” tarifi ölkədaxili nağd və nağdsız ödənişlərdən istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Bu tarifə 10 min manatadək pulsuz nağdlaşdırma, 30 min manatadək yerli valyutada pulsuz köçürmələr daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart” hədiyyə olunur.
“Aktiv” tarifi yerli və beynəlxalq köçürmələrdən aktiv istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 30 min manatadək yerli valyuta ilə, 20 min dollaradək xarici valyuta ilə pulsuz köçürmələr, eyni zamanda 20 min dollaradək pulsuz valyuta mübadiləsi daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart” hədiyyə olunur.
“Premium” tarifi bank əməliyyatlarından böyük həcmdə istifadə edən biznes sahibləri üçün nəzərdə tutulub. Tarifə 100 min manatadək yerli valyutada , 40 min dollaradək xarici valyutada pulsuz köçürmələr və 40 min dollaradək pulsuz valyuta mübadiləsi daxildir. Müştəriyə güzəştli tariflə POS-terminal, korporativ / “Tacir Kart” hədiyyə olunur.
Ətraflı: https://www.pashabank.az/press_centre,1315/lang,az/
Xəbər verdiyimiz kimi, Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bazara yeni hesablaşma-kassa xidmətləri paketini təqdim edir. Məhsul kiçik və orta sahibkarlar üçün nəzərdə tutulur. Tarif paketləri hesablaşma-kassa əməliyyatlarının yerli və beynəlxalq ödənişlər, nağd vəsait ilə əməliyyatlar, valyuta əməliyyatları, korporativ kartlar, akvayrinq və s. kimi əsas xidmətlərdən ibarətdir.
PAŞA Bankın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qolovkonun sözlərinə görə hazırkı bazar şəraitində biznes həm öz xərclərinin və əməliyyatlarının optimizasiyasına, həm də maliyyə vəsaitlərinin idarə edilməsinin effektivliyinin artırılmasına diqqət yetirməlidir. Bunu nəzərə alaraq, PAŞA Bank tərəfindən hazırlanmış tarif paketləri sahibkarların gündəlik ehtiyaclarının təmin edilməsi üçün gözəl alət ola bilər.
“Yuxarıda qeyd edilmiş yanaşma kiçik və orta sahibkarların xidmətlə təmin olunmasına tətbiq edilən individual həll yoludur və hər bir biznesin tələbatı nəzərə alınaraq qarşısında duran vəzifələrdən asılı olaraq hazırlanıb. Sahibkar üçün bu alətin istifadə edilməsinin əsas üstünlükləri gündəlik bank əməliyyatlarını optimallaşdırmaq, xərcləri planlaşdırmaq və idarə etmək və əsas fokusu öz biznesinin inkişafı ilə bağlı ən önəmli olan strateji aspektlər üzərində cəmləşdirməkdən ibarətdir”, – deyə A. Qolovko öz fikrini tamamlamışdır.