12 C
Baku
Monday, November 18, 2024

PAŞA Bank Lotfi Zadeh Texnologiya Mərkəzi ilə əməkdaşlığa başlayır

®Ölkənin aparıcı korporativ bankı PAŞA Bank, fevral ayının 4-də dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, professor Lütfi Zadənin 100 illiyinə həsr olunmuş görüşə qatılıb.

Lotfi Zadeh Texnologiya Mərkəzində panel müzakirələri formatında keçirilən görüşün əsas mövzusu “Rəqəmsallaşma sahəsində bankçılıq və innovasiya ekosisteminin uzlaşması” olub.  Yerli və beynəlxalq ekspertlərin, o cümlədən PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucov və Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun iştiraki ilə keçirilən görüşdə “Klassik bankçılıq” və “Rəqəmsallaşmanın zərurəti” kimi mövzular müzakirə edilib.

Sosial şəbəkələr vasitəsilə canlı yayımlanan tədbirin iştirakçıları öz bilik və təcrübələrini paylaşaraq, innovasiya ekosisteminin inkişafı, cari maliyyə trendləri və digər mühüm istiqamətlər ətrafında fəal müzakirələr aparıb.

Görüş zamanı yerli bazarda daima dünya təcrübələrini və son illər ərzində bir sıra texnoloji “ilk”ləri tətbiq edən PAŞA Bankın Lotfi Zadeh Texnologiya Mərkəzi ilə əməkdaşlığa başladığı da bildirilib. Bank, regionda texnoloji bilik və bacarıqların, infrastrukturun və investisiyanın bir məkanda cəmləşdirilməsini hədəfləyən Lotfi Zadeh Texnologiya Mərkəzinin əsas maliyyə tərəfdaşı qismində çıxış edəcək. Bu əməkdaşlıq çərçivəsində PAŞA Bankın bir sıra layihələrin həyata keçirilməsində iştirakı da planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər