8 C
Baku
Friday, March 29, 2024

PAŞA Bank Mərkəzi və Şərqi Avropa və MDB ölkələrinin maliyyə qurumları arasında ən yaxşı məhsulu təqdim edən bank olaraq tanınıb®

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, 2019-cu ildə European Banking Awards çərçivəsində üç nüfuzlu beynəlxalq mükafata layiq görüldü.

Qaliblərin müəyyən edilməsi nəticəsində PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı investisiya bankı” mükafatlarına layiq görüldü. Bundan əlavə, PAŞA Bank 2019-cu ildə Mərkəzi və Şərqi Avropa və MDB ölkələri bankları arasında bazara ən yaxşı məhsul təqdim edən maliyyə qurumu olaraq tanınıb. Söhbət PAŞA Bankın hüquqi şəxslər və fərdi sahibkarlar üçün təqdim etdiyi hesabın onlayn açılması, habelə müştərinin verifikasiyası prosedurunun banka gəlmədən video-zəng vasitəsilə keçirilməsi üçün yaradılan unikal imkandan gedir.

Belə ki, artıq PAŞA Bankın müştəriləri “ASAN İmza” mobil elektron imzasından istifadə etməklə müvafiq əməliyyatları təsdiqləyərək Bankda hesablarını onlayn şəkildə aça bilirlər. Açılmış hesabın aktivləşdirilməsi və müvafiq rekvizitlərin alınması isə bir neçə dəqiqə ərzində baş verir. Eyni zamanda kompüter və ya mobil cihazdan edilən video-bağlantı vasitəsilə Bankla əlaqə yaratmaqla müştərilər üçün verifikasiya prosedurundan keçmək mümkündür. Video-verifikasiya müştərinin PAŞA Bankın nümayəndəsi ilə şəxsi görüşməsini tam şəkildə əvəz edir, bu da öz növbəsində müştərinin hesabı rəşmiləşdirmək üçün Bankın filialına yaxınlaşmaq və növbələrdə dayanmaq zərurətini aradan qaldırır. Bu texnoloji həl PAŞA Bank tərəfindən ölkədə və regionda ilk dəfə təqdim edilib.

Qeyd etmək lazımdır ki, “Sizinlə birlikdə Sizin üçün innovativ həlləri yaradırıq!” prinsipini rəhbər tutaraq PAŞA Bank öz müştərilərinə sahibkarların fəal iştirakı ilə hazırlanmış və onların biznes ehtiyaclarını tam ödəyən bir sıra innovativ onlayn-məhsullar və xidmətlər təqdim etmişdir. Beləliklə, yuxarıda qeyd olunan və beynəlxalq ekspertlər birliyi tərəfindən tanınan texnoloji həllərə əlavə olaraq, Bankın müştəriləri əməkhaqqı layihəsinə qoşulmaq və onlayn kart sifariş etmək üçün müraciət edə, SMART-kassa aparatlarının, POS-terminalların alınması və s. üçün məsafədən müraciət edə bilərlər. Daxili sorğulara əsasən, PAŞA Bankın yeni onlayn həllərinin rahatlığını və əlçatanlığını qiymətləndirən müştərilər onları 10-ballıq şkala üzrə 9 baldan çox qiymət verirlər.

Xatırladaq ki, mükafatların təsisçisi – EMEA Finance adlı nüfuzlu beynəlxalq maliyyə jurnalıdır. 2019-cu ilin sonunda həmçinin Barclays, Raiffeisen Bank, Citi, BNP Paribas, Societe Generale və s. kimi dünyanın qabaqcıl maliyyə qurumlarına müxtəlif nominasiyalarda mükafatlar təqdim edildi. European Banking Awards çərçivəsində mükafatlar daima texnoloji yeniliklər tətbiq edən və işlərində davamlı inkişaf nümayiş etdirən maliyyə qurumlarına verilir.

Son xəbərlər
Digər xəbərlər