3 C
Baku
Bazar, Noyabr 28, 2021

PAŞA Bank –ın maliyyə nəticələrini açıqladı

PAŞA Bankın 2014-cü ilin ilk 6 ayı üzrə maliyyə nəticələrini paytaxtın Four Seasons otelində keçirdiyi mətbuat konfransında açıqladı.

Bankdan Banker.az saytına daxil olan məlumata əsasən tədbirdə spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş İnvestisiya İnzibatçısı Taleh Kazımov, Bankın Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev və Bankın Korporativ Kommunikasiyalar Departamentinin Direktoru Sona Abbasova çıxış edib.

Maliyyə riskləri ilə yanaşı, iqtisadi durumunun stabilləşməsi proseslərinin çətinliyinə baxmayaraq, Azərbaycan Respublikasında Bank sektoru üzrə 30 İyun 2014-cü ildə başa çatmış 6 ay ərzində 11 %-ə kimi artım müşahidə edilir. PASA Bank korporativ müəssisə kimi güclənmək və beynəlxalq əlaqəli korporativ müştərilərə və kiçik və orta sahibkarlara daha çox xidmətlər göstərməyi nəzərdə tutan 2012-2014-cü illər üzrə strateji dövrünü uğurla başa vurur.

Bank 342,320 min AZN (436,466 min ABŞ dolları) malik olan cəmi kapital göstəricisinə görə ən iri kommersiya banklarından biri kimi mövqeyini qoruyub saxlaya bildi.
Aktivlər portfelini müxtəlif istiqamətdə inkişaf etdirmək barədə strateji qərarın qəbul edilməsi nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin yaxşı balansını saxlamağa müvəffəq olub.

30 İyun 2014-cü ildə PAŞA Bankın aktivlərinin ümumi məbləği 998,004 min AZN (1,272,477 min ABŞ dolları) təşkil etdi ki, bu da müştəri hesablarında istənilən səviyyədə artıma səbəb olmuşdur. Bu göstərici 2013-cü il (704,055 min AZN / 897,686 min ABŞ dolları) ilə müqayisədə 42% artım deməkdir.

30 İyun 2014-cü il üzrə bankın aktivlərinin strukturu aşağıdakı kimi bölünür:

– müştərilərə verilmiş kreditlər – 37%;
– qiymətli kağızlar portfeli – 34%;
– nağd pul və nağd pul ekvivalentləri – 15%;
– kredit təşkilatlarına verilən vəsaitlər – 6% və digərləri dövriyyə və qeyri-dövriyyə aktivlərinə aiddir (8%).

Azərbaycan bazarında intizamlı kredit ödənişlərinin pisləşən balansını və əsasən beynəlxalq biznes və kiçik və orta sahibkarlıqla (KOS) məşğul olan Azərbaycandakı korporativ müştərilər arasında kreditə olan tələbatı nəzərə alaraq, PAŞA Bank böhran dövrü ərzində öz güclü kapital durumundan səmərəli yararlandı və bazarda şəffaf və davamlı idarəçiliyə malik şirkətlər üçün güclü tərəfdaş kimi özünə yer tapdı. Bankın əsas məqsədləri mürəkkəb zamanda mövcud kiçik və orta sahibkarlara dəstək olmaqdır.

Bank ümumi kredit portfelini 10%, yəni 384,522 min AZN-ə (490,274 min ABŞ dolları) kimi artırmaqla güclü kredit gücü yaratdı. Müqayisə üçün deyək ki, 2013-cü ilin sonunda bu göstərici 350,956 min AZN (447,363 min ABŞ dolları) təşkil edirdi. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 3.3% (2013-cüi ildə – 6.2%).

İnkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək Bank indi son bir neçə il ərzində inkişaf etdirdiyi əlaqələrdən yararlanır. Nəticədə Bank müştəri bazasında 449,188 min AZN (572,725 min ABŞ dolları) balans ilə güclü inkişafa nail oldu. Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda müvafiq olaraq 63% və 37% nisbətində cəmlənib (2013-cü il üçün müvafiq olaraq 61% və 39%).

Bankın mənfəəti 54% azalıb

Bankın 2014-cü ilin başa çatmış 6 ayı üzrə xalis mənfəəti 2,499 min AZN-dən (3,186 min ABŞ dolları) ibarətdir ki, bu da 2013-cü ilin (5,490 min AZN / 6,999 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə 54% aşağıdır. Bankın mənfəət vergisi xərcindən əvvəl mənfəəti 3,938 min AZN (5,021 min ABŞ dolları) təşkil etmişdir. 2014-cü ilin başa çatmış 6 ayı üzrə ümumi əməliyyat gəliri 27,414 min AZN (34,953 min ABŞ dolları) olmuşdur, bu da 2013-cü ildə əldə olunmuş 25,950 min AZN (33,078 min ABŞ dolları) ilə müqayisədə 6% artım olmasını göstərir.

Bankın faiz gəliri 9% artaraq 30,099 min AZN (38,377 min ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 4,191 min AZN (5,344 min ABŞ dolları) məbləğinə çatmışdır.

Beynəlxalq maliyyə institutları ilə aparılmış geniş danışıqların nəticəsi olaraq, PAŞA Bank daha geniş maliyyə instrumentləri və iki beynəlxalq səviyyəli reytinq agentliyindən kredit şərtlərinin qiymətləndirilməsini əldə etdikdən sonra müştərilərə daha yaxşı şərtlərlə maliyyə instrumentlərini təqdim etmək imkanı əldə edərək, öz korporativ müştərilərinə daha çox maliyyə xidmətləri göstərmək iqtidarında olmuşdur. Paralel olaraq, institusional səviyyədə Bank vaxtında və peşəkar xidmətlər göstərmək potensialını gücləndirmək məqsədilə müştərilər üçün müxtəlif seminar və görüşlər təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə göstərici 30 iyun 2014-cü il tarixinə 64,707 min AZN (82,503 min ABŞ dolları) məbləğinə çatdırılmışdır. PAŞA Bank üçün hazırkı strateji hədəf 2014-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 144,000 min AZN (183,603 min ABŞ dolları) məbləğinə çatdırmaqdır.

Bank, məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 45% (2013 – 36%) kapital tələbinə göstərərək güclü daxili kapital yüksəlişi əldə etmişdir, bu da Bankın nizamnamə kapitalını səmərəli istifadə etməsini göstərir. Bank, Basel II və BASEL III tətbiqin yekunlaşdığı zaman, lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərinə kapitalı dividend şəklində geri qaytarır. 2014-cü ildə Bank səhmdarlara 2013-ci ilin xalis mənfəətindən 14,992 min AZN (19,115 min ABŞ dolları) məbləğində dividend ödəmişdir.

*Aralıq qısaldilmış konsolidasiya edilmiş maliyyə hesabatında başqa cür göstərilməzsə və əsaslandırılmazsa, onda bütün rəqəmlər 30 iyun 2014-cü il tarixinədir.

Son xəbərlər
Oxşar xəbərlər
X