®Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəriləri üçün təqdim etdiyi “Maliyyə bələdçisi” məhsuluna “Hesabat hazırlamaq” funksiyasını əlavə edib.
Yeni funksiya ilə istifadəçilər, heç bir əlavə tətbiq yükləmədən öz vergi hesabatlarını və bəyannamələrini ödənişsiz şəkildə hazırlaya bilərlər.
Yerli bazarda banklar arasında bu yeniliyi ilk dəfə olaraq “PAŞA Bank” təqdim edir. Qeyd edək ki, yeni funksiya müştərilərə öz vergi hesabatlarını daha qısa vaxt ərzində hazırlamaq imkanı yaradır.
Əlavə olaraq “Maliyyə Bələdçisi” xidməti sahibkarlar üçün vergi ödənişlərini avtomatlaşdıran çevik bir bank məhsuludur. Məhsuldan yararlananlar vergi və büdcə ödənişlərini də sürətli və effektiv şəkildə həyata keçirə bilərlər.
Beləliklə “Maliyyə Bələdçisi” xidmətinin mövcud üstünlükləri aşağıda göstərilmişdir:
Vergi və büdcə öhdəliyinə uyğun olaraq vergi məbləğinin avtomatik hesablanması;
Əsas məlumatların avtomatik doldurulması;
Aylıq, rüblük və illik vergi və büdcə ödənişi imkanı;
– Vergi və büdcə ödənişlərinin vaxtında edilməsi üçün təqvim təminatı;
– Vergi və büdcə ödənişləri ilə bağlı öncədən xəbərdarlıq almaq imkanı;
“PAŞA Bank Biznes” platformasında müvafiq bölməyə keçid etməklə xidmətdən faydalana bilərsiniz.