24 C
Baku
Sunday, July 6, 2025

“PAŞA Bank” maliyyə təşkilatlarının istiqrazlarına investisiyanı ₼146 mln.-a çatdırıb

2024-cü ildə “PAŞA Bank” ASC maliyyə təşkilatlarının istiqrazlarına yatırımlarını əhəmiyyətli dərəcədə artıraraq 145,6 milyon manata çatdırıb.

Banker.az bunu bankın konsolidə edilmiş audit hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ildə 55,8 milyon manat olub. Beləliklə, bankın bu istiqrazlara yatırımları 2,6 dəfə və ya 89,8 milyon manat artıb.

Borc qiymətli kağızlar portfeli 1,05 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9% və ya 184,7 milyon manat azalma deməkdir.

Ən böyük payı 621,3 milyon manatla Maliyyə Nazirliyinin istiqrazları təşkil edib.

Korporativ istiqrazlara investisiyalar azalaraq 102,1 milyon manata düşüb. 2023-cü ildə 412,6 milyon manat idi.

Son xəbərlər
Digər xəbərlər