Ölkənin aparıcı korporativ bankı PAŞA Bank “MasterCard” Beynəlxalq Kart Təşkilatı tərəfindən mükafatlandırıldı.
Belə ki, 2019-cu ilin nəticələrinə görə PAŞA Bank “World Elite kartlarının sayını ən çox artıran 1-ci bank” nominasiyasında qalib gəlmiş və xüsusi sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, PAŞA Bank MasterCard kart sahibləri müxtəlif məkanlarda xüsusi endirimlərdən faydalana bilər. Endirimlər barədə ətraflı məlumat: https://eu.mastercard.com/a/az/qiymetsiz/