20 C
Baku
Tuesday, October 20, 2020

PAŞA Bank Miles&Smiles kartını “Ulduzum” ilə əldə edin və iki qat “Welcome” mil qazanın!

®PAŞA Bank Miles&Smiles kartları əldə etmək istəyən Bakcell abunəçiləri üçün yeni kampaniya elan olunur. Beləliklə, kampaniyada iştirak edən müştərilər Bankın mil kartını sifariş verdikdə, ilk transaksiyadan 2 qat “welcome miles” qazanacaqlar.

Kampaniyada iştirak etmək üçün Bakcell abunəçiləri 5555 qisa nömrəsinə “2xmiles” açar sözünü pulsuz SMS vasitəsi ilə göndərir və promo-kod əldə edir. Kartı online şəkildə və ya Bankın filialında sifariş edən müştəri promo-kodu təqdim etməklə avtomatik olaraq kampaniyaya qatılmış olur.

Qeyd edək ki, kampaniya bütün növ miles kartlarına aiddir. Kart sifarişçiləri kampaniya müddətində yalnız bir üstünlükdən faydalana bilərlər. Müştəri mütləq kart sifariş verdikdə Bakcell nömrəsini qeyd etməlidir əks halda kampaniyadan faydalana bilməyəcək.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.