PAŞA Bank Mobil bank vasitəsi ilə parkinq ödənişi edə biləcəyiniz avto dayanacaqların sayını artırdı

Yerli bazarda ilk dəfə olaraq cari ilin yanvar ayından etibarən PAŞA Bank parkinq ödənişlərinizi Mobil bank əlavəsi vasitəsi ilə həyata keçirmək imkanı təqdim edir. Artıq PAŞA Bank Mobil bank əlavəsi ilə Garage parkinq (Azərbaycan pr. 2), 28 Mall parkinqlə yanaşı, Port Baku Mall parkinq və Ganjlik Mall parkinqdə də ödəniş edə biləcəksiniz.

Hər zaman olduğu kimi Siz avto dayanacağa daxil olduqda ödəniş çekini əldə edirsiniz, dayanacağı tərk etdikdə isə Siz parkomat qarşısında vaxt itirmədən PAŞA Bankın Mobil bank əlavəsində artıq mövcud olan parkinq ödənişi xidməti vasitəsi ilə ödəniş edirsiniz. Belə ki, ödəniş çekinizin üzərindəki bar kodu skan edirsiniz və mobil əlavədə qeydiyyata alınmış kart vasitəsilə ödənişinizi həyata keçirirsiniz.

Mobil Bank əlavəsini aşağıdakı keçidlərdən yükləyə bilərsiniz: 

Android: http://tinyurl.com/z2wpqrp
iOS: http://tinyurl.com/hws49lc