11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Bank” “mPOS” məhsuluna endirim kampaniyası elan edir

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” mobil POS-terminal məhsulu “mPOS” üçün 31 yanvar 2025-ci il tarixinədək endirim kampaniyası elan edir.

Kampaniya çərçivəsində “Mastercard” kartları ilə qəbul edilən ödənişlərə görə “mPOS” istifadə edən sahibkarlar komissiya ödəməcəklərəy.

“mPOS” məhsulu Android əsaslı smartfonları POS-terminala çevirərək sahibkarlara nağdsız ödənişləri asanlıqla qəbul etmək imkanı yaradır. Sahibkarlar depozit və dövriyyə tələbi olmadan “mPOS” – mobil POS-terminal məhsulundan istifadə edərək təmassız ödənişləri telefonları ilə qəbul edə bilərlər.

Xüsusi təklifdən yararlanmaq üçün sahibkarlar “mPOS”-u “PAŞA Bank Biznes” paltformalarından sifariş edə, 31 yanvaradək “Mastercard” kartları ilə ödənişləri 0% komissiya ilə qəbul edə bilərlər.

Daha ətraflı məlumat üçün linkə keçid edin: https://pshb.az/mPOS-etrafli

“PAŞA Bank” Azərbaycanın aparıcı korporativ maliyyə institutu olaraq, müştərilərə innovativ bank xidmətləri təqdim etməyə davam edir. Xatırladaq ki, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər