26 C
Baku
Saturday, July 27, 2024

“PAŞA Bank” ölkədə ilk dəfə müştəriləri ilə fyuçers müqaviləsi imzalayıb

“PAŞA Bank” ASC 2023-cü ildə əmtəə fyuçers müqaviləsi imzalayıb.

Banker.az xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

Bankın sədri qeyd edib ki, bu, bazarda inkişaf etməyə töhfə verəcək və sahibkarlıq subyektləri bazara tanış olmayan maliyyə alətindən istifadə etməklə risk faktorlarının minimallaşdırılmasına kömək edəcək.

O mətbuat konfransının gedişində bildirib ki, bu əmtəə fyuçers müqaviləsi əsasən metalla bağlı olub.

Hazırda dünyada şirkətlərin risk hedcinqinə, qarşı tərəflərlə çevik hesablaşma şərtlərinə, qoyulmuş vəsaitlərin minimum gəlir səviyyəsinə zəmanətin verilməsinə ehtiyacı vardır. Bütün bunlar törəmə maliyyə alətlərinin və ya derivativlərin köməyi ilə edilə bilər. Derivativlər dövriyyə iştirakçılarına fəaliyyətləri çərçivəsində yaranan kredit, faiz, pul, valyuta risklərinə nəzarət etməyə kömək edir.

Derivativlər hər hansı baza aktivini (valyutalar, qiymətli kağızlar, əmtəə və bu kimi digər maliyyə alətləri) əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə almaq, satmaq və ya dəyişdirmək hüququnu təsbit edən müqavilədir. Derivativi almış investor onun əvvəlcədən müəyyənləşdirilmiş şərtlərlə gələcəkdə alış və ya satış hüququnu təsbit edən müqaviləsini əldə etmiş olur.

Son xəbərlər
Digər xəbərlər