10 C
Baku
Wednesday, December 11, 2024

“PAŞA Bank” ötən il 670 mln. manat gəlir əldə edib

“PAŞA Bank” ASC-nin ümumi gəlirlərinin həcmi 669.7 milyon manata yüksəlib.

Banker.az bunu kommersiya bankının illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, bu da 2022-ci il üzrə qeydə alınmış 498 milyon manat olduğunu nəzərə alsaq, 2023-cü ildə 171.7 milyon manat və ya 35% faiz artımdır.

“PAŞA Bank”ın gəlirlərinin 448.4 milyon manatı faiz və 221.3 milyon manatı qeyri-faiz gəlirləridir.

Kommersiya bankı 2023-cü ildə 292.4 milyon manat əməliyyat mənfəəti əldə edib (illik müqayisədə 37% artım).

Bank 14.6 mln. manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb. Beləliklə, 2023-cü ili 199.2 mln. manat xalis mənfəət əldə edib. 2022-ci ildə bu rəqəm 149.4 mln. manat təşkil etmişdi.

31.12.2023-cü il üzrə mənfəət/zərər hesabatı:

32

Son xəbərlər
Digər xəbərlər