Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə nağdsız əməliyyatların artırılması məqsədilə təşviqat xarakterli müxtəlif kampaniyalar keçirməkdədir. Belə ki, 21 oktyabr 2019-cu il tarixindən etibarən PAŞA Bankın Premium kartları üzrə yeni kampaniyaya start verilir.

Kampaniyanın şərtlərinə əsasən PAŞA Bankın Premium kartları ilə (Mastercard Gold, Visa Gold, Mastercard Platinum, Visa Platinum, Mastercard World Elite, Visa Infinite) ən az 50 AZN məbləğində ən çox əməliyyat aparan 14 müştəriyə mükafatlar təqdim ediləcək. Qaliblər hər 2 həftə ərzində müəyyən olunacaq və “500AZN-lik Monteleone kuponu + Miles&Smiles Black Edition” hədiyyə dəsti ilə mükafatlandırılacaq.

Qeyd olunmalıdır ki, kampaniyada PAŞA Bank Miles&Smiles kartları, həmçinin aşağıda adı keçən ödənişlər iştirak etmir:

-Dövlət ödənişləri
-Mərc, kazino və s. “unique” tipli ödənişlər
-Bank ödənişləri

Kampaniyada 1 müştəri yalnız 1 dəfə qalib ola bilər. Müştərinin bir neçə Premium kartı varsa, həmin kartlarla həyata keçirdiyi ödəniş sayı cəmlənir. 

Kampaniyanın bitmə tarixi: 12.01.2020