29 C
Baku
Thursday, July 25, 2024

“PAŞA Bank” qlobal korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub. Belə ki, “PAŞA Bank”, may ayının 3-də baş tutan imzalanma mərasimi ilə BMT-nin Qlobal Sazişinin üzvünə çevrilib.

İmzalanma mərasimində iştirak edən “PAŞA Bank”ın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bu üzvlüyün əhəmiyyətini vurğulayarkən bildirib: “PAŞA Bank” hər zaman biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf-mühitə qayğı və həssaslıqla yanaşılmasının, eləcə də cəmiyyət qarşısında məsuliyyətli korporativ vətəndaş olmağın tərəfdaşı kimi çıxış edib. Biz, müştərilərimizi də fəaliyyətlərində bu dəyərləri və prinsipləri rəhbər tutmağa səsləmişik. Bankın sadiq qaldığı dəyərlərin və prioritetlərin BMT-nin Qlobal Sazişinin prinsipləri ilə üst-üstə düşdüyünü nəzərə alaraq bu qlobal təşəbbüsün üzvü olmaqdan məmnunluq duyuruq”.

2-2.jpg (357 KB)

Qeyd edək ki, 2000-ci ildən fəaliyyətə başlayan BMT-nin Qlobal Sazişi, bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir aya gətirən ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişi dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir.

BMT-nin Qlobal Sazişi ilə bağlı ətraflı məlumat əldə etmək üçün bu səhifəyə daxil olun: https://unglobalcompact.org/

Son xəbərlər
Digər xəbərlər