Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Qurban bayramı ərəfəsində xeyriyyə tədbiri keçirib. Belə ki, iyul ayının 6-sı Bank tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinə ziyarət təşkil olunub.
40-a yaxın ahıl Bankın “GiD CSR Consulting” şirkəti ilə əməkdaşlıqda təşkil etdiyi musiqili və əyləncəli bayram tədbirinə qatılıb. Sonda ahıllar evinin bütün sakinlərinə hədiyyələr və bayram sovqatı çatdırılıb.