11 C
Baku
Wednesday, November 27, 2024

“PAŞA Bank” rəhbərliyinə yeni təyinat olub

“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına üzvləri siyahısında dəyişiklik baş verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Kəmalə Nuriyeva Müşahidə Şurası üzvlüyündən çıxıb və yerinə mart ayından etibarən Şahin Məmmədov seçilib. Məlumat üçün bildirək ki, Kəmalə Nuriyeva “Kapital Bank” ASC-nin Müşahidə şurasına üzv seçilib.

Qeyd edək ki, Şahin Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibatlıq və Audit fakültəsini 2002-ci ildə bitirmişdir. 2004-cü ildə isə Məmmədov həmin universitetin Mühasibatlıq və audit üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2010-cu ildə Ş.Məmmədov Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat fakültəsinin fəlsəfə elmləri doktoru dərəcəsinə yiyələnib.

Ş. Məmmədov karyerasına 2003-cü ildə “Yapi Kredi Azərbaycan”də (keçmiş Koçbank Azərbaycan LTD) mühasib qismində başlamışdır, daha sonra isə baş müsahibin müavini vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Məmmədov Deloitte & Touche şirkətində kiçik auditor vəzifəsinə, daha sonra Audit üzrə menecer vəzifəsinə təyin edilmişdir.

2009-cu ildə Məmmədov “PAŞA Bank”ın Maliyyə departamentinin direktoru vəzifəsinə təyin edilmişdir, 2011-ci ildə isə o Baş Maliyyə İnzibatçısı və İdarə heyətinin üzvü təyin edilmişdir. 2013-cü ildə  Məmmədov “PAŞA Bank” Gürcüstanın İdarə heyətinə qoşulmuş, ona biznesin inkişafı funksiyasına kuratorluq həvalə edilmişdir. 2014-cü ilin iyul ayında  Məmmədov “PAŞA Bank” Gürcüstanın Baş icraçı direktoru və İdarə heyətinin sədri təyin edilmişdir. 2015-ci ilin mart ayından etibarən Şahin Məmmədov “PAŞA Bank” Türkiyənin İdarə heyətinin üzvü təyin edilmişdir.

2018-ci ilin yanvar ayında  Məmmədov PAŞA Holdinqdə Biznesə dəstək üzrə direktor və Baş icraçı direktorun müavini təyin edilmişdir, 1 mart tarixindən isə “PAŞA Bank”ın Müşahidə Şurasının üzvü təyin edilmişdir.

Məmmədov 2013-cü ildə PAŞA Holdinq tərəfindən təşkil olunan “Yüksək potensiallı liderlik” proqramının bir hissəsi olaraq bir sıra aparıcı biznes məktəblərinin təhsil proqramlarını müvəffəqiyyətlə bitirmişdir.

2012-ci ildə Şahin Məmmədov Harvard Biznes məktəbinin liderliyin inkişafı proqramına qoşulmuş, 2013-cü ildə isə proqramın 1-4-cü Modullarını, 2017-ci ildə isə 5-ci Modulunu bitirmişdir.  Məmmədov 2017-ci ilin iyul ayında Harvard biznes məktəbinin məzunu statusuna yiyələnmişdir.

Şahin Məmmədov 2014-cü ildən etibarən Sertifikatlaşdırılmış Beynəlxalq Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.

Son xəbərlər
Digər xəbərlər