®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müxtəlif sənaye sahələrinin inkişafı üçün keçiriləcək “Rəqəmsal Zirvələr” konfransının hazırlıqlarına başlayıb.
8-11 dekabr tarixlərində baş tutacaq dörd günlük tədbirdə məhsul sahibləri, dizaynerlər, agentliklər, verilənlər mütəxəssisləri və icraçılar bir araya toplaşacaqlar. “Növbəti nədir?” şüarı altında keçiriləcək tədbirdə “Google”, “Facebook”, “Revolut”, “Barclays” kimi beynəlxalq şirkətlərdən nümayəndələr dünyada sürətlə dəyişən və inkişaf edən texnoloji mühit barədə öz bilik və təcrübələrini bölüşəcək və iştirakçılar bu insanlarla ünsiyyət qurmaq şansı əldə edəcəklər.
Hər günü fərqli bir mövzuya həsr olunmuş tədbirin ilk günündə fərqli ölkələrdən məhsul sahibləri öz təcrübələrini bölüşəcəklər. Konfransda “PAŞA Bank”ın ekspertləri və dünyanın aparıcı şirkətlərində işləyən “DevOps”, proqram təminatı və təhlükəsizlik sahələri üzrə mütəxəssisləri bilik və təcrübələrini cəmiyyətə paylaşacaqlar. Sonraki gün, “Biznesdən Düymələrə” konfransı strateji dizayn, İT seqmentində müasir trendlər və innovasiyalara yönəlmiş metodologiya və bilikləri, tədbirin sonuncu günü isə verilənlər bazası mövzusu üzrə müzakirələr aparılacaq.
Qeyd edək ki, “Rəqəmsal Zirvələr” konfransı hibrid formatda keçiriləcək və həm canlı, həm də “Facebook” sosial şəbəkəsi üzrə iştirak etmək mümkün olacaq. Tədbirdə fiziki olaraq iştirak etmək üçün bu linkdən https://digitalheights.pashabank.az/ qeydiyyatdan keçməyiniz xahiş olunur.