27 C
Baku
Saturday, July 20, 2024

“PAŞA Bank” Ramazan bayramı ərəfəsində xeyriyyə təşəbbüslərini davam etdirib

®Korporativ sosial məsuliyyətli təşkilat olan “PAŞA Bank” növbəti dəfə xeyriyyə layihələrinə qoşulub.

Bu layihələrdən biri “PAŞA Bank”ın dəstəyi və “Nargis” Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda baş tutub. 25-29 aprel tarixləri boyunca Qəbələ şəhərində qurulan iftar çadırlarında müxtəlif kəndlərdə məskunlaşmış insanların iştirakı təmin olunub. Həmçinin Qəbələ şəhəri və ətraf kəndlərdə yaşayan şəhid və qazi ailələrinə bayram sovqatı çatdırılıb.

Növbəti xeyriyyə aksiyası isə Sumqayıt şəhərində keçirilib. Aprel ayının 29-u baş tutan bu aksiya çərçivəsində Bank əməkdaşları ahıllarla və aztəminatlı ailələrlə görüşüb. Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində ümumilikdə 200 ailəyə bayram sovqatı təqdim olunub.

Qeyd edək ki, “PAŞA Bank”, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan bir sıra təşəbbüslərə dəstək verib. Ənənəvi olaraq Novruz və Ramazan bayramları ərəfəsində baş tutan xeyriyyə kampaniyaları bu təşəbbüslər sırasındadır.

Son xəbərlər
Digər xəbərlər