“PAŞA Bank” ASC səhmdarlarına 2025-ci ilin ikinci rübündə mənfəətindən 40 milyon manat həcmində dividend ödəyib.
Banker.az bunu bankın rüblük hesabatına istinadən xəbər verir.
1 iyul 2025-ci il tarixində, bankın bölüşdürülməmiş mənfəətinin həcmi 536.2 mln. manat idi. Cari ilin ilk altı ayında bank 91.58 mln. manat xalis mənfəət əldə edib.
Ötən il ümumilikdə isə səhmdarlara bank tərəfindən dividend ödənişinin həcmi 154.12 mln. manat olmuşdu.