12 C
Baku
Tuesday, November 19, 2024

“PAŞA Bank” sahibkarlığın inkişafına dəstək verəcək növbəti məhsulu istifadəyə verib

®Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan “PAŞA Bank” tərəfindən Azərbaycanda sahibkarlığın inkişafına dəstək göstərəcək növbəti məhsul istifadəyə verilib. Belə ki, Bank, daşınmaz əmlakın lizinqini yerli bazara təqdim edib.

Bu məhsul fərdi sahibkarlar və hüquqi şəxslərə ofis, ticarət, istehsal obyektləri, eləcə də kommersiya təyinatlı digər daşınmaz əmlak və qeyri-yaşayış sahələri almağa xidmət edir. Lizinq şərtləri ilə maksimal 10 milyon manatadək dəyəri olan daşınmaz əmlakı əldə etmək mümkündür. Lizinq üçün ayrılmış maksimal müddət 120 ay təşkil edir.

“Daşınmaz əmlakın lizinqi biznes sahibləri üçün geniş imkanlar vəd edən sahələrdəndir. Mövcud təcrübəmiz, o cümlədən maliyyə bazarının dərin təhlilinə əsaslanan biliyimiz, bu istiqamətdə də müştərilərin bələdçisinə və tərəfdaşına çevrilməyimizə kömək edəcək. Bu sahədə böyükmiqyaslı sövdələşmələrə imza atmaq üçün bütün imkanlara malikik”, – deyə “PAŞA Bank”ın Korporativ və institusional bankçılıq departamentinin kreditləşmə üzrə sahə rəhbəri Ceyhun Baloğlanov xidmət haqqında fikirlərini bölüşüb.

Xatırladaq ki, “PAŞA Bank” sahibkarlıq subyektlərinə dəstək göstərmək və ümumilikdə biznes proseslərini daha da optimallaşdırmaq üçün bir sıra xidmət və məhsullar istifadəyə verib. Bununla da, sahibkarlara zamanlarına qənaət etməkdə və bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olub.

Son xəbərlər
Digər xəbərlər