27 C
Baku
Tuesday, July 23, 2024

“PAŞA Bank” sığınacaqda məskunlaşmış uşaqları hədiyyələrlə sevindirib

®Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” xeyriyyə təşəbbüslərinin həyata keçirilməsini davam etdirir. Belə ki, Bank, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində olan sığınacaqda məskunlaşmış uşaqlarla növbəti dəfə görüşüb.

Xatırladaq ki, Bankın sığınacağa ilk səfəri Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsinə təsadüf edib. Bu görüş zamanı uşaqlara rəsm dərsi keçilib və rəsm çəkmək üçün zəruri ləvazimatlar hədiyyə olunub.

Görüş zamanı uşaqların çəkdiyi rəsmləri “PAŞA Bank” da daxil, “PAŞA Şirkətlər Qrupu”nun əməkdaşları alaraq ianələr edib. Əldə olunan vəsait hesabına uşaqların arzularının böyük bir qismini reallaşdırmaq mümkün olub. Beləliklə də, 40-a yaxın uşaq uzun müddətdir ki, arzusunda olduğu hədiyyələrə qovuşub.

Sosial layihələrin təşəbbüskarı olan “PAŞA Bank”, bu istiqamətdə tədbirlərin həyata keçirilməsini davam etdirəcək.

Son xəbərlər
Digər xəbərlər