®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, ən müasir həlləri daha da əlçatan edir.
Müştərilərin artan ehtiyaclarını qarşılamaq məqsədi ilə məhsul və xidmətlərini daim təkmilləşdirən Bank, “B2B” (biznesdən biznesə) ödənişlər xidmətində yenilik tətbiq edir. Belə ki, müştərilərə birbaşa şirkətin “ERP” (Müəssisə Resurslarının Planlaşdırılması) sistemindən müvafiq ödənişləri icra etmək imkanı təqdim olunur.
Müştərilər biznesdən biznesə ödənişlər xidməti vasitəsilə bank sisteminə daxil olmadan, birbaşa öz “ERP” sistemlərindən ödənişləri icra edə bilərlər. Bunun üçün şirkətin “ERP” sistemi bank sistemi ilə “API” (Tətbiq Proqramlaşdırma İnterfeysi) üzərindən inteqrasiya edilir. Bu inteqrasiya sayəsində hesablar arası köçürmələrin, ölkədaxili və ölkəxarici ödənişlərin, vergi və büdcə ödənişlərinin, əməkhaqqı köçürmələrinin və valyuta mübadiləsi əməliyyatlarının “ERP” sistemindən birbaşa icrası mümkün olur.
Müştərilər bu xidmət vasitəsilə onlayn bankda təkrar ödəniş kombinasiyasını yığmadan, vaxta qənaət edə, ödənişlərini rahat və təhlükəsiz şəkildə həyata keçirə bilərlər. Eyni zamanda, daha müasir texnologiyadan istifadə texniki xətaları da minimuma endirmək imkanı yaratmış olur.
“B2B“ ödəniş xidməti haqqında ətraflı məlumat əldə etmək, həmçinin qoşulma təlimatı ilə tanış olmaq üçün keçid: https://pshb.az/B2Bodenishler
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.