19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

“PAŞA Bank” son 1 ildə kredit portfelinin hesabına böyüyüb

“PAŞA Bank”ın 2020-ci ilin I rübündə xalis mənfəəti 3,5 milyon manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ildə “PAŞA Bank”ın cəmi aktivləri 4,760 milyon manat olub. Ötən ilin müvafiq dövründə bankın cəmi aktivləri 4,648 milyon manat təşkil edib. Belə ki, 2020-ci ilin birinci rübündə bankın aktivləri 2,4% artıb. Bankın müştərilərə verdiyi xalis kredit isə 1,794 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrüylə müqayisədə bankın kredit portfelinin 41% böyüməsi deməkdir.

Həmçinin bu il “PAŞA Bank”ın cəmi öhdəlikləri 4,287 milyon manat, cəmi kapitalı isə 473 milyon manat təşkil edib.

2020-ci ilin 1-ci rübündə “PAŞA Bank”ın gəlirləri 77 milyon manat, xərcləri 51 milyon manat olub. Beləliklə, ötən ilə nisbətən bankın cəmi gəlirləri 24% artıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi
ehtiyatın yaradılmasına isə 20 milyon manat ayrılıb.

Son xəbərlər
Oxşar xəbərlər