21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

PAŞA Bank tələbələr üçün proqramlaşdırma üzrə xüsusi təlim sessiyalarının keçirilməsinə başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, gənclərin peşəkar inkişafının dəstəklənməsi yönündə fəaliyyətini davam etdirir.

Belə ki, Azərbaycanın bir sıra ali təhsil müəssisələri ilə əməkdaşlıq edən Bank, tələbələr üçün xüsusi təlim sessiyalarının (“Learning Session”) təşkilinə başlayıb. İki ay davam edəcək onlayn sessiyalar ərzində Bankın peşəkarları gənclərin bu istiqamətdə bələdçisinə çevriləcək. Onlar iştirakçılarla proqramlaşdırma sahəsi üzrə zəruri məlumatları və diqqət yetirilməli məqamları bölüşəcək.

Bank əməkdaşları tərəfindən bu növ sessiyalar daha əvvəl də təşkil olunub, lakin onlar daha qısa-müddətli olub və artıq müəyyən təcrübəsi olan ixtisas sahibləri üçün keçirilib. Hazırkı təlim sessiyaları isə ölkədə ilk dəfə bu qədər geniş auditoriyanı əhatə edir. Belə ki, sessiyalarda karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən və texniki sahədə təhsil alan 200 tələbə iştirak edir. Sessiyalar “Back End” istiqamətində aparılır və “Java SE”, “Spring Boot” və digər mövzuları əhatə edir.

“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilovun sözlərinə görə, bu cür təlimlərdə iştirak gənc proqramçılara yeni biliklər əldə etməyə və peşəkar bacarıqlarını gücləndirməyə imkan verəcəkdir.

«Hal-hazırda bizim Rəqəmsal Mühəndislik departamenti alqoritm və məlumat strukturu üzrə dərin bilik və bacarıqlara malik mütəxəssislərdən ibarətdir və mən çox şadam ki, bundan öncə təşkil olunan məlumatlandırma sessiyalarının iştirakçılarının bir qismi artıq “PAŞA Bank”ın əməkdaşları sırasına qoşulub. “PAŞA Bank” komandası olaraq biz müasir texnologiyaları və qabaqcıl təcrübələri istifadə edərək müştərilərimiz üçün rahat və müasir rəqəmsal həlləri təqdim etməyə davam edirik”, – deyə, V. Xəlilov vurğuladı.

Qeyd edək ki, gələcəkdə həm “Back End”, həm də başqa istiqamətlər üzrə təlim məqsədli təlim sessiyalarının davamlı şəkildə keçirilməsi və “PAŞA Bank”ın bu sessiyalar vasitəsilə gənclərlə öz zəngin təcrübəsini bölüşməsi nəzərdə tutulur.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər