7 C
Baku
Saturday, March 2, 2024

“PAŞA Bank” tərəfindən növbəti təlim sessiyaları keçiriləcək

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” gənclərin peşəkar inkişafına töhfə verməyə davam edir. Belə ki, Bank, “iOS” proqramlaşdırma istiqaməti üzrə təlim sessiyaları təşkil etməklə, bu sahədəki zəngin təcrübəsini paylaşmağı hədəfləyir.

Onlayn formatda tədris olunacaq 8 sessiyalı proqram sentyabr ayında keçiriləcək. Sessiyaların əhəmiyyətini daha da artıran cəhət burada praktiki məlumatların paylaşılması olacaq.

“PAŞA Bank”ın Rəqəmsal mühəndislik şöbəsinin əməkdaşları Kərim Kərimov, Fərid Vəliyev, Günay Alqayeva, Aynur Əsədova, Rza İsmayılov və Ziya Rüstəmov “iOS” proqramlaşdırma sahəsinin imkanları və çağırışlarından bəhs etməklə yanaşı, həm də öz təcrübələrində sınadıqları maraqlı məqamlar ətrafında da müzakirələr aparacaqlar.

Proqramda iştirak etmək istəyən şəxslər üçün tələblər ilkin proqramlaşdırma biliklərinin və “MacOS” əməliyyat sistemli kompüterin olmasıdır. Meyarlara uyğun gələn namizədlər bu keçid https://hr.gs/ios-mobile-learning-session vasitəsilə test tapşırıqlarını həll etməklə, öz qüvvələrini sınaya və biliklərini nümayiş etdirə bilərlər.

Təlimlərin rəsmi teleqram kanalına qoşulmaqla, ətraflı məlumat əldə etmək və suallara aydınlıq gətirmək mümkündür: https://t.me/pbmobilelearningsession

Xatırladaq ki, bu növ sessiyalar ötən il də təşkil olunub. 200-dən çox tələbənin qatıldığı sessiyalar “Back End”, “Java SE”, “Spring Boot” və digər mövzuları əhatə edib.

Son xəbərlər
Digər xəbərlər