23 C
Baku
Sunday, July 21, 2024

“PAŞA Bank” tərəfindən ümummilli lider Heydər Əliyevə həsr olunan “Növbəti 100 il” adlı rəqəmsal incəsənət müsabiqəsinin qalibləri mükafatlandırılıb

®Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr etdiyi “Növbəti 100 il” müsabiqəsinin qaliblərini mükafatlandırıb.

Mükafatlandırma mərasimi iyul ayının 20-də “PAŞA Bank”ın baş ofisində keçirilib. Beləliklə də, müsabiqənin ilk üç pilləsinin qalibləri olan Əsmər Göyüşovaya, Aynur İsayevaya və Orxan Qurbanova müvafiq olaraq 5000 AZN, 3000 AZN və 1000 AZN dəyərində mükafat təqdim olunub.

pashabank 100 illik winners jul 2023 02

Xatırladaq ki, “PAŞA Bank” bu rəqəmsal incəsənət müsabiqəsi vasitəsilə yaradıcı şəxsləri ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə səsləyib. Müsabiqə tələblərinə uyğun gələn əsərlər isə Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”, fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Bank, bu müsabiqəni keçirməklə müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyib.

pashabank 100 illik winners jul 2023 03

pashabank 100 illik winners jul 2023 04

Son xəbərlər
Digər xəbərlər