18 C
Baku
Cümə, Oktyabr 22, 2021

“PAŞA Bank” törəməsi Gürcüstan bazarında $3 mln. xalis mənfəət əldə edib

faizlere

Azərbaycanın ən böyük banklarından biri olan “PAŞA Bank”ın Gürcüstandakı törəməsi ötən ili mənfəət əldə edib.

Banker.az bu barədə “PASHA Bank (Georgia)”nın 2018-ci ilin yanvar ayının 1-nə açıqladığı hesabata istinadən xəbər verir.

Məlumata görə, bank ötən ilin 4 rübünü 22,74 mln. lari (lari -yerli valyuta: dollarla ifadədə təqribən -9,35 mln. USD ) ilə bitirib ki, bunun da 7,36 larisi (3.03 mln. USD) xalis mənfəət olub.

“PASHA Bank (Georgia)”nın 2017-ci ilin son rübünə olan göstəricilərinə görə cəmi aktivləri 280,71 mln. lari olub. Bu da hesabat dövrünün əvvəli ilə müqayisədə 2 mln. azalma olması deməkdir.

Hazırda bankın xalis kredit portfelinin həcmi 93,56 mln lari təşkil edir.

Qeyd edək ki, Bankın cəmi öhdəlikləri 179,51 mln. lari, cəmi kapitalı isə 101,21 mln lari təşkil edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər