14 C
Baku
Şənbə, May 21, 2022

“PAŞA Bank Türkiye”nin Azərbaycandakı dollar istiqrazları delistinq edilib

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəmə şirkəti “PASHA Yatırım Bankası” A.Ş.-nin  (PAŞA Bank Türkiye) qiymətli kağızları delistinq edilib.

Bu barədə Banker.az-a Bakı Fond Birjasından məlumat verilir.

“PASHA Yatırım Bankası” A.Ş. AZ2003020172 ISIN kodlu qiymətli kağızları delistinq edilmişdir, deyə BFB-dən deyilir.

“PAŞA Bank Türkiye” 2019-cu ildə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan istiqraz emissiya etmişdi. 25 000 həsmində istiqraz emisiya edilmişdi və illik ödəniş faizi 2.95% təşkil edirdi.

Dollar istiqrazlarının tədavül müddəti isə 17 aprel 2022-ci il tarixində bitir.

Son xəbərlər
Oxşar xəbərlər