“PAŞA Bank” ASC-nin Türkiyədəki törəmə şirkəti “PASHA Yatırım Bankası” A.Ş.-nin (PAŞA Bank Türkiye) qiymətli kağızları delistinq edilib.
Bu barədə Banker.az-a Bakı Fond Birjasından məlumat verilir.
“PASHA Yatırım Bankası” A.Ş. AZ2003020172 ISIN kodlu qiymətli kağızları delistinq edilmişdir, deyə BFB-dən deyilir.
“PAŞA Bank Türkiye” 2019-cu ildə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan istiqraz emissiya etmişdi. 25 000 həsmində istiqraz emisiya edilmişdi və illik ödəniş faizi 2.95% təşkil edirdi.
Dollar istiqrazlarının tədavül müddəti isə 17 aprel 2022-ci il tarixində bitir.