11 C
Baku
Şənbə, Dekabr 4, 2021

PAŞA Bank və PwC birgə biznes-forum keçirdi

Aprelin 3-də PAŞA Bank və PwC Azərbaycan “Korporativ İdarəetmə: Şəffaflıq. Effektivlik. Hesabatlılıq” mövzusunda birgə biznes-forum keçirmişlər.

PAŞA Bankın mütəxəssislərinin və PwC qlobal şəbəkəsinin aparıcı beynəlxalq ekspertlərinin iştirakı ilə keçirilmiş forumun əsas məqsədi, həm özəl, həm də dövlət sektorlarında korporativ idarəetmə sistemləri barədə daha dəqiq anlayışın formalaşdırılmasından, eləcə də müəssisənin şəffaf və məhsuldar fəaliyyətinin təmin edilməsi üçün zəruri daxili prosedurlara riayət olunmasının vacibliyinin vurğulanmasından ibarət idi. Dünya praktikasından gətirilən nümunələr, eləcə də bu sistemlərin PwC-nin yerli mütəxəssisləri və PAŞA Bank tərəfindən təşkil edilməsi və təkmilləşdirilməsi ilə bağlı müəyyən problemlərin müzakirəsi forum iştirakçılarında xüsusi maraq doğurmuşdur.

“Biz bundan sonra da unikal təcrübəmizi və hərtərəfli praktikamızı tətbiq etməklə, ölkə iqtisadiyyatının dinamik inkişafına təsir etmək və şirkətlərdə mükəmməl idarəetmə sistemlərinin formalaşdırılmasına öz töhfəmizi verməyə davam edəcəyik”, – deyə, PwC Azərbaycanın rəhbəri Mövlan Paşayev öz müraciətində qeyd etmişdir.

Ölkənin korporativ müştərilərinə xidmətlərin göstərilməsi üzrə ən iri maliyyə institutu olan PAŞA Bank xarici təcrübəyə malik ən yaxşı mütəxəssisləri cəlb etməklə şirkətlər tərəfindən beynəlxalq praktikaların, habelə ölkədəki hüquqi şəxslərin və ümumilikdə, fərdi sahibkarlığın sabit və davamlı inkişafının təminatı olan korporativ idarəetmə üzrə standartların tətbiqi səviyyəsinin yüksəldilməsinə yönəlik layihələri uğurla həyata keçirir”, – deyə, PAŞA Bankın idarə Heyətinin üzvü və İnvestisiyalar Üzrə Baş Direktoru Taleh Kazımov bildirmişdir.

Dövlət və özəl sektorları, eləcə də beynəlxalq maliyyə institutlarını təmsil edən təxminən 80 nümayəndənin bir araya gəldiyi forumda əsas məruzəçilər qismində PwC-nin orta və şərqi Asiya ölkələri üzrə direktorlar şurasının nümayəndəsi, PwC-nin Rusiyadakı tərəfdaşı Nik Peyc, PwC-nin qlobal şəbəkənin daxili auditi üzrə baş müşaviri Jan Pyer Qaret, eləcə də PAŞA Bankın hüquqi və təşkilati işlər departamentinin direktoru Şirin Əliyeva çıxış etmişlər.

Son xəbərlər
Oxşar xəbərlər
X