18 C
Baku
Sunday, April 28, 2024

“PAŞA Bank” və UFAZ-ın birgə təlim sessiyaları sona çatdı

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və Fransa-Azərbaycan Universitetinin (UFAZ) Karyera Mərkəzinin əməkdaşlığı çərçivəsində keçirilən “Mühəndislikdə yumşaq bacarıqlar” adlı təlim sessiyaları sona çatıb.

Müxtəlif universitetlərin 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulan təlimin əsas məqsədi gələcək mühəndislərin peşəkarlığını artıraraq, onları təcrübə proqramları və müsahibələrə hazırlamaq idi.

26, 27 fevral və 1 mart tarixlərində baş tutan sessiyalar zamanı “PAŞA Bank” mütəxəssisləri – Ülviyyə Əzizova, Zaur Məlikov və Cəlal Quliyev tərəfindən tələbələr üçün “Maliyyə”, “Maliyyə hesabatları və Risklərin İdarəedilməsi” kimi mövzuları əhatə edən sessiyalar həyata keçirilib. Həmçinin son sessiyada “PAŞA Bank”ın İnsan resursları departamentinin rəhbəri Zibeydə Hacıyeva, Risklərin idarəedilməsi departamentinin rəhbəri Orxan Vahabov, İşə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova iştirak edərək tələbələrlə layihə ilə bağlı öz fikirlərini bölüşüblər.

“PAŞA Bank” Rəqəmsal mühəndislik komandasının və İşə qəbul şöbəsinin nümayəndələri IT sahəsində tələbələr üçün maraqlı ola biləcək aktiv vakansiyalarımız və iş imkanları barədə ətraflı məlumat təqdim ediblər. Bundan əlavə, sonda sual-cavab sessiyası edilərək müsahibələr və işə qəbulla bağlı tələbələri maraqlandıran suallar “PAŞA Bank” əməkdaşları tərəfindən cavablandırılıb.

Hər üç sessiyanın sonunda isə təlim mövzuları ilə bağlı onlayn test keçirilib və “PAŞA Bank” komandası tərəfindən qalib olan tələbələrə hədiyyələr təqdim edilib.

recruiting linkedin 6 recruiting linkedin recruiting linkedin 5 recruiting linkedin 3 recruiting linkedin 1 recruiting linkedin 2

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər